Ana səhifə / İqtisadiyyat / Türkiyədə çevriliş cəhdi işi üzrə 23 hərbçi ömürlük həbs cəzasına məhkum edilib

Türkiyədə çevriliş cəhdi işi üzrə 23 hərbçi ömürlük həbs cəzasına məhkum edilib

Ankara məhkəməsi çevriliş cəhdi işi üzrə 23 hərbçini ömürlük həbs cəzasına məhkum edib.

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, hərbçilər çevriliş cəhdi zamanı ölkədəki konstitusiya quruluşunu dəyişməkdə, Türkiyə prezident administrasiyasının rəhbəri Fəxri Kasırqanı zorla saxlamaqda ittiham olunublar. Onlar F.Kasırqanı zorla təcili yardım avtomobilinə mindirərək qiyamçıların qərargahının yerləşdiyi “Akıncı” aviabazasına aparıblar.

26 müttəhimdən 23-ü ömürlük həbs cəzasına məhkum edilib, iki nəfər bəraət qazanıb, prezident qvardiyasının komandanı polkovnik Muhsin Qüdsi Barış 12 il azadlıqdan məhrum olunub.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın