Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyədə Baş Qərargahın 144 əməkdaşı saxlanıldı

Türkiyədə Baş Qərargahın 144 əməkdaşı saxlanıldı

İstanbul prokurorluğu Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının 144 əməkdaşının saxlanılmasına dair order verib, onlar islamçı müxalifətçi Fətullah Gülənin təşkilatına aidiyyətliyi olmaqda şübhəli bilinirlər.

Əməliyyat Türkiyənin müxtəlif əyalətlərində aparılıb, artıq 20 şübhəli saxlanılıb. Məlumata görə, onlar FETÖ üzvlərinin istifadə etdikləri ByLock proqramından istifadə edirlər.

Xatırladaq ki, 2016-cı ilin İyul ayının 15-dən 16-na keçən gecə Türkiyədə bir qrup qiyamçı hərbi çevrilişə cəhd edib. Əsas qarşıdurma Ankara və İstanbulda baş verib.

Ölkə rəhbərliyi qiyamın yatırıldığını bildirib. Hadisə nəticəsində 240 türk vətəndaşı ölüb, 2 mindən çox adam müxtəlif dərəcəli xəsarətlər alıb. Türkiyə hakimiyyəti çevrilişə cəhddə Gülənin təşkilatını günahlandırıblar, onlar ABŞ-dan onun təhvil verilməsini tələb edirlər.(oxu.az)

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın