Bazar ertəsi , İyul 22 2019
Ana səhifə / İqtisadiyyat / Türkiyədə bağlanan qurumların sayı açıqlandı

Türkiyədə bağlanan qurumların sayı açıqlandı

Türkiyədə tətbiq olunan fövqəladə vəziyyət rejimi ilə bağlı ölkədə bağlanan qurumların sayı açıqlanıb.

AzVision.az “Habertürk”-ə istinadən xəbər verir ki, hökümətin qəbul etdiyi sənədə əsasən, 35 səhiyyə müəssisəsi, 934 məktəb, 109 məktəbli yataqxanası, 104 vəqf, 1125 dərnək, 15 universitet, 19 həmkarlar təşkilatı fəaliyyətini dayandırıb.

Sənəddə göstərilib ki, 15 iyul hadisələri ilə bağlı saxlanılan vəkillə görüşməsi qeydiyyata alınacaq. Eyni zamanda Fövqəladə vəziyyət çərçivəsində şübhəlilərin saxlanılma müddəti 30 günədək artırılıb.

Qeyd edək ki, Türkiyədə iyulun 15-də baş vermiş uğursuz dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı 246 nəfər həlak olub, 2 185 nəfər yaralanıb.

Həmçinin oxuyun

Xaçmaz pomidoru bol olacaq

Bakı bazarlarına xeyli pomidor gətiriləcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir. Nazirlik yanında Aqrar …

Bir cavab yazın