Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyə Yaxın Şərqdə diplomatiya şahmatı oynayır – TƏHLİL

Türkiyə Yaxın Şərqdə diplomatiya şahmatı oynayır – TƏHLİL

İsrail və Türkiyə arasında imzalanmış “münasibətlərin normallaşdırılması sazişini” – “yeni normal” termini ilə də ifadə etmək olar.

Çünki 1990-cı illərdəki yaxın strateji bağlara qayıdılması, yəni məsələn silah sazişləri, çətin ki, bir də olsun…

İsraillə səfirlər səviyyəsində mübadiləyə yol açmış yeni razılaşma ilə yanaşı, Ankara Rusiya ilə də barışmaq cəhdləri edir.

Prezident Recep Tayyip Erdoğan 2015-ci ildə Türkiyə-Suriya sərhədi üzərində Rusiya hərbi təyyarəsinin vurulmasına görə tam üzrxahlıq edib.

Yaxşı, bəs bundan sonra nə olacaq? Türkiyənin bu diplomatik gedişləri nə üçündür? İsrail və Türkiyə aralarındakı bu razılaşmadan nə qazanırlar? Bütün bunlara regionda gedən siyasətlər nə dərəcədə təsir edir?

Hər ikisi demokratik, qeyri-ərəb, qərbyönlü və amerikalılara yaxın olan İsrail və Türkiyə təbii hərbi müttəfiq olublar.

Onların arasında diqqətəlayiq əməkdaşlıq olub, Türkiyə bir sıra böyük silah sistemlərini İsraildən alıb.

Onların hərbi pilotları birlikdə təlim keçirdilər.

Lakin 2010-cu ilin mayında Türkiyə bayrağı altında üzən və Qəzza sahillərində İsrailin dəniz blokadasını yarmağa çalışan Mavi Marmara gəmisinə İsrail komandosunun hücumu iki ölkə arasında təlatümə səbəb olub.

Gəmidə baş verən toqquşma nəticəsində 10 türk fəal öldürülüb.

Lakin münasibətlər artıq 2002-ci ildə İslami köklərə söykənən AKP hakimiyyətə gələndən sərinləşməyə başlamışdı.

İndi nə baş verir?

İsrail və Türkiyə artıq bir müddət idi ki, təkrar yaxınlaşma üçün danışıqlar prosesində idilər.

Bu danışıqlarda qarşılıqlı ittihamlar, ölənlər üçün kompensasiya, milli qürur və uzunmüddətli strategiya əsas faktorlar idi.

Lakin son illərdə Türkiyənin regiondakı diplomatik qüdrəti köklü şəkildə zəifləməkdə idi.

Image captionAhmet Davutoğlu Türkiyənin yeni xarici siyasətinin planını cızmışdı

Mən (gələcəkdə AKP-nin xarici işlər naziri və baş naziri olacaq) Ahmet Davutoğlunu AKP hakimiyyətə təzəcə gələndə İstanbulda görmüşdüm.

Alim və mütəfəkkir olan bu şəxs mənə özünün bir sıra nüfuzlu yazılarını fəxrlə göstərmişdi. Bu yazılardakı plan əsasında Türkiyə iqtisadiyyatı sürətlə inkişaf edəcək, diplomatiya isə qonşularla problemləri sıfra endirəcəkdi.

Yaxın Şərqin təlatüm içərisində olduğu bir vaxtda bütün bu planlar ağlabatan görünmürdü, hərçənd iqtisadi gəlhagəl real idi.

Türkiyənin bir sıra ərəb müttəfiqləri bunun “yeni osmançılıq” olub-olmamasından narahat idilər. Bunu da unutmaq olmaz ki, Türkiyə Birinci Dünya Müharibəsindən əvvəl bu regionda hegemon qüvvə idi.

Kürd gərginliyi

Hazırda Suriya böhranı Türkiyənin ambisiyalarına böyük zərbə vurub.

Türkiyə Suriya prezidenti Bəşər əl-Əsədin devrilməsi üçün çalışıb və bu məqsədlərlə müxtəlif qruplaşmaları silahlandırıb və maliyyələşdirib.

Onun belə fəallığı Birləşmiş Ştatlarla münasibətləri tarıma çəkib. ABŞ bu regionda əvvəlki təsir gücünə malik deyil və İŞİD-lə mübarizə olan yerdə, prezident Əsəd məsələsini ümdə problem hesab etmir.

Washington-un İŞİD-ə qarşı döyüşdə ən qabiliyyətli qüvvə olan kürdlərə dəstək verməsi Anklarada həyəcana səbəb olub.

Image copyrightAP
Image captionTürkiyəyə Qəzza zolağına yardım göndərmək icazəsi veriləcək

Xarici siyasətini əvvəllər yalnız Suriyaya fokuslamış Türkiyə, deyəsən yanaşmasına yenidən baxır və diqqətini kürd siyasi ambisiyalarının önlənməsinə yönəldir.

Türkiyə hadisələrə bu axarda təsir göstərmək istəyirsə, ona dostlar lazım gələcək. Prezident Əsədin əsas dəstəkçisi Rusiya ilə barışıq və İsraillə saziş bu istiqamətdə atılan addımlardır, hərçənd ABŞ-ın siyasəti ilə o qədər də uyuşmur.

Belə vəziyyətdə Türkiyənin, məsələn Misir kimi başqa regional oyunçularla yaxınlaşacağını da gözləmək olar.

Bundan başqa hazırda İsrail və Türkiyə arasında potensial qaz kəmərlərinin çəkilişinə dair sazişlərdən də söhbət açılır.

Image copyrightAFP
Image captionTürkiyə Rusiya ilə münasibətlərini yenidən qurmağa çalışır

Qəzza zolağının inkişaf etdirilməsində Türkiyəyə xüsusi rol verməklə İsrail cənubda Həməslə müharibənin önlənməsi üçün müəyyən təsir gücü əldə etməyə ümid edir.

Parçalanmış Fələstin hakimiyyətinin saxlanması da baş nazir Benjamin Netanyahunun işinə yarayır.

Ümumilkdə bağların yenidən canlandırılmasında təəccüblü heç nə yoxdur.

Yaxın Şərqə gəlincə isə, bu region hələ gözlə görünən yaxın gələcəkdə xaos içində olacaq.

Əgər hətta sülh uğur qazansa belə, bir neçə parçalanmış dövlətin yenidən yapışdırılmasına illər gedəcək. Bunun üçün lazımı vəsait olmaya da bilər.

İki əsas qeyri-ərəb oyunçu olan İsrail və Türkiyə İranın regiondakı ambisiyalarından narahatdırlar.

Suriya böhranı İranın regional rolunu daha da böyüdüb.

Bu mənada İsrail və Türkiyənin əsaslı dialoqa qayıtmaq niyyəti tamamilə məntiqi görünür.

Bu da deyilməlidir ki, Washington-nun yanaşmasının çox zəif olduğu bir şəraitdə, bu iki ölkə həm də Moskva ilə yaxınlığa can atırlar, çünki Suriya münaqişəsi Rusiyaya bu regionda əhəmiyyətli rol verib. BBC.COM

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın