Bazar ertəsi , İyun 21 2021
Ana səhifə / İqtisadiyyat / Türkiyə və Azərbaycan kosmik sahədə əməkdaşlıq edəcək

Türkiyə və Azərbaycan kosmik sahədə əməkdaşlıq edəcək

Türkiyə türkdilli ölkələrlə, o cümlədən Azərbaycanla kosmik sahədə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır.

Bu barədə Türkiyənin Kosmik Agentliyinin rəhbəri Sərdar Hüseyin Yıldırım bildirib.

“İstənilən inkişaf etmiş ölkə kosmik sahədə liderlər sırasına daxil olmalıdır”, – o deyib.

Yıldırımın sözlərinə görə, Azərbaycanda da, şübhəsiz, Türkiyənin istifadə edə biləcəyi potensial var.

“Burada bilik və təcrübəsi kosmik proqramın həyata keçirilməsində Türkiyə üçün faydalı olacaq bir çox alim var. Yaxın gələcəkdə biz digər ölkələrlə iş birliyi qurmaq və nəticədə astronavtika sahələrində layiqli yer tutmaq niyyətindəyik”, – o deyib.

Yıldırım bildirib ki, Türkiyə kosmik proqramı hazırlayarkən qarşısına ambisiyalı məqsədlər qoyub. “Şübhəsiz ki, kosmik proqramın icrası üçün ölkəmizin bütün imkanları var. Biz öz gücümüzə inanırıq və beynəlxalq əməkdaşlığa hazırıq”, – o deyib.

Agentlik rəhbərinin sözlərinə görə, kosmik proqram üzrə danışıqlar artıq dünyanın 20-yə yaxın ölkəsi ilə aparılıb. “Beynəlxalq əməkdaşlıq bütün ölkələrin maraqlarına cavab verir”, – deyə Yıldırım əlavə edib. (Trend)

Həmçinin oxuyun

“5 ayda dövlət büdcəsinə 216,8 mln manat vəsait ödənilib“ – NAZİR

“Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqi sosial iqtisadi inkişaf üçün yeni mərhələdir”. Bu barədə İqtisadiyyat …