Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyə və Avropa İttifaqı arasında miqrantlar barədə sazişin tətbiqi təxirə salınıb

Türkiyə və Avropa İttifaqı arasında miqrantlar barədə sazişin tətbiqi təxirə salınıb

Türkiyə Avropa İttifaqı arasında imzalanan və iyunun 1-dən miqrantların geri qəbulunu nəzərdə tutan sazişin tətbiqini təxirə salıb.

APA-nın Türkiyənin “Akşam” qəzetinə istinadən verdiyi məlumata görə, rəsmi Ankara buna səbəb olaraq Türkiyə və Avropa İttifaqı arasında viza rejiminin aradan qaldırılmasını nəzərdə tutan dialoqun nəticə vermədiyini bildirib.

Türkiyə və Avropa İttifaqı arasında 16 dekabr 2013-cü ildə imzalanan və 2014-cü ildə Türkiyə Böyük Millət Məclisində qəbul edilən razılaşma 1 iyun 2016-cı ildən qüvvəyə minməli idi. Razılaşma Danimarka və İtaliya istisna ilə, Türkiyədən keçməklə Avropa İttfiaqına üzv ölkələrə qeyri-leqal yolla gələn üçüncü ölkə vətəndaşlarının Türkiyəyə qaytarılmasını nəzərdə tutur. Ancaq Türkiyə viza sərbəstliyi ilə bağlı Avropa İttifaqının terrorizmlə mübarizə ilə bağlı qanunvericiliyin dəyişdirilməsi tələbini irəli sürməsi səbəbindən razılaşmanı dondurmağı qərara alıb. Rəsmi Ankaranın bu qərarı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Avropa İttifaqı naziri Ömər Çelik tərəfindən Avropa İttifaqına bildirilib.

Türkiyə Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmisi “Akşam” qəzetinə bildirib ki, miqrantların geri qəbulunu nəzərdə tutan sazişin dondurulması Avropa İttifaqı tərəfindən anlayışla qarşılanıb. Çünki normal şərtlərdə miqrantların geri qəbulu ilə bağlı razılaşma iyunun 1-də qüvvəyə minməli, iyul ayından isə Türkiyə vətəndaşlarının Avropa İttifaqı ölkələrinə vizasız səfəri başlamalı idi. Türkiyə bu iki razılaşmanın birliklə qüvvəyə minməsini məqbul sayıb.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın