Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyə Təhsil Nazirliyi “fətullahçı”lara məxsus 1669 özəl tədris qurumunu bağlayır

Türkiyə Təhsil Nazirliyi “fətullahçı”lara məxsus 1669 özəl tədris qurumunu bağlayır

Türkiyə Milli Təhsil Nazirliyi “Fətullahçı Terror Təşkilatı”na (FETÖ) məxsus olan 939 özəl məktəb, 449 tələbə yataqxanası və 284 digər qurumu bağlamağa hazırlaşır.

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, ümumilikdə 1669 özəl təhsil qurumu qapadılacaq. Nazirlik indiyə qədər 800-ə yaxın özəl məktəbin bağlanması ilə bağlı yazılı təlimatı vilayətlərə göndərib.

Həmin məktəblərdə çalışan 27 min 157 təhsil işçisi və digər personalın çalışma iznləri ləğv edilib. Bu şəxslərin Təhsil Nazirliyi sistemində çalışmasına icazə verilməyəcək.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın