Rusiyanın kənd təsərrüfatı məhsullarının idxalına nəzarət orqanı Rosselxoznadzor bəyan edib ki, illik istehsal gücü 30-40 min ton olan üç Türkiyə şirkətinin pomidorlarının idxalına icazə verə bilər.
Avropa.info xəbər verir ki, Rosselxoznadzorun sədri Sergey Dankvert deyib ki, bu şirkətlərin pomidorları yoxlanılmış məhsullardır. Onun sözlərinə görə, başqa şirkətlərin məhsullarını hələ ki, buraxa bilməzlər.
“Onlar kiçik istixanalarda yetişdirilirlər, sonra isə böyük miqdarlarda topdansatış məntəqələrində toplanırlar. Sonra isə bu məhsullara cavabdeh şəxsi tapmaq olmur” – Dankvert belə deyib.
Bibər, qabaq idxalı ilə bağlı Rosselxoznadzor sədri deyib ki, onlar 16 Türkiyə müəssisəsini yoxlamadan keçiriblər. Lakin onların yalnız yarısı Rusiyaya mal ixrac edə bilər.