Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyə Rusiyanın imtina etdiyi 20 ton meyvə və tərəvəzi pulsuz payladı

Türkiyə Rusiyanın imtina etdiyi 20 ton meyvə və tərəvəzi pulsuz payladı

Türkiyənin cənubunda Osmaniyə vilayətində Kadırlı şəhərinin hakimiyyəti Rusiyanın bazarına çıxarılacağı nəzərdə tutulan 20 tonn meyvə və tərəvəzi yerli sakinlərə pulsuz paylayıb, Oxu.Az Hurriyet qəzetinə istinadən xəbər verir.

“Biz yerli ərzaqlar həftəsi çərçivəsində aksiya keçirdik. Fermerlərdən Rusiyanın imtina etdiyi 20 ton meyvə və tərəvəzi 35 min türk lirəsinə (təxminən 12 min ABŞ dolları) alaraq yerli əhaliyə pulsuz payladıq”, – şəhərin meri Ömər Tarxan bildirib.

Qeyd edək ki, Türkiyədə yerli ərzaq həftəsi hər il dekabr ayında yerli istehsalçılara stimul vermək məqsədilə keçirilir.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın