Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyə Rusiyadan S-400 kompleksləri aldı – RƏSMİ

Türkiyə Rusiyadan S-400 kompleksləri aldı – RƏSMİ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Rusiya və Türkiyə S-400 tipli zenit-raket komplekslərinin tədarükü üzrə saziş imzalayıb. Bu barədə RIA “Novosti” xəbər verib.

“Biz Rusiya Federasiyası ilə lazımı addımları atdıq, imzalar atılıb, ümid edirəm ki, biz S-400-ləri ölkəmizdə görəcəyik və birlikdə onların istehsalını həyata keçirəcəyik”, – deyə Ərdoğan Ankarada hakim partiyanın parlament fraksiyası önündə çıxışı zamanı bildirib.

Türk lider nə vaxt və hansı sənədlərin imzalanmasını dəqiqləşdirməyib.

Ərdoğan əlavə edib ki, hər bir ölkə öz təhlükəsizliyini təmin etmək üçün müəyyən tədbirlər görmək hüququna malikdir: “Əgər birgə istehsal imkanı varsa, onda bu bizim üçün prioritetdir. Lakin biz bunu ABŞ-la birgə illərdir ki, edə bilmiriksə, onda özümüz həll yolu tapacağıq. Yunanıstan “S-300”-lər istifadə edir və bu ABŞ-ı narahat etmir. Niyə onları bizim Rusiya ilə əməkdaşlığımız narahat edir?”

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …

Bir cavab yazın