Ana səhifə / İqtisadiyyat / Türkiyə Rusiya, Azərbaycan və İranla qaz müqavilələrini uzatmaq niyyətindədir

Türkiyə Rusiya, Azərbaycan və İranla qaz müqavilələrini uzatmaq niyyətindədir

Türkiyə Rusiya, Azərbaycan və İranla təbii qazın alqı-satqısına dair sazişləri uzatmaq niyyətindədir.

Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz “Haber Global” telekanalının efirində deyib.

“Bizim əsas təchizatçılarımız Rusiya, Azərbaycan və İrandır. Biz onlarla müqavilələri yeni müddətə uzatmaq niyyətindəyik. Bununla da enerji ehtiyaclarımızı ödəməyə çalışırıq”, – nazir bildirib.

Həmçinin oxuyun

Azərbaycana bu ölkələrdən gələnlərin sayı artıb – Siyahı

Bu ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 148 ölkəsindən 232,5 min və ya əvvəlki ilin müvafiq …