Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyə prezidentlərinin nadir fotoları- Ərdoğan ülgüc altında

Türkiyə prezidentlərinin nadir fotoları- Ərdoğan ülgüc altında

Moderator.az Türkiyə prezidentlərinin nadir fotolarını təqdim edir. Bu fotolarda daim rəsmi çıxışlarda, protokol qaydalarının tələb etdiyi geyim və davranış qaydaları ilə seçilən bir neçə dövlət başçısının maraqlı anları tarixin yaddaşına köçürülüb. Kimə aid olmasında və çəkildiyi dövrdən asılı olmayaraq, bu fotoları bir amil birləşdirir- qeyri-rəsmilik və səmimilik.
Mərhum Turqut Özal istirahət geyimində, hazırkı dövlət başçısı Ərdoğan isə bərbər stolundadır…
Gəlin, fotolara birgə nəzər salaq:
Mərhum Turqut Özal hamam geyimindədir. Türkiyənin siyasi arenasında yeni mərhələ sayılan Özal yenə də səmimidir. O, ömrünün sonunda prostat xərçənginə tuş gələcək və o zaman da gülərüz çöhrəsindəki işıq azalmayacaq. Eynilə bu fotodakı kimi…
Gördüğünüzde Ağzınızı Açık Bırakacak 23 Az Bilinen Ünlü Fotoğrafı
Əhməd Nejdət Sezər… Çağdaş Türkiyə tarixinin bəlkə də, ən səs-küysüz, ən ehtiyatlı prezidenti… Nəhəng bakalda spirti içki içir… Gələcəkdə hələ çox şeylərin yaşanacağından bəlkə də xəbərsizdir, və ya əksinə…
Gördüğünüzde Ağzınızı Açık Bırakacak 23 Az Bilinen Ünlü Fotoğrafı
Abdulla Gül… yəqin hədəfi nişan alanda da simasındakı təbəssüm əskik olmayıb. Xoşgörülü prezident indi də xalqın sevimlisidir…
Gördüğünüzde Ağzınızı Açık Bırakacak 23 Az Bilinen Ünlü Fotoğrafı
Rəcəb Tayyib Ərdoğan… O zaman nisbətən gəncdir, enerjilidir. Siyasətin qaramatları, ağırlığı onun çiyinlərinə hələ gələcəkdə qonacaq.
Gördüğünüzde Ağzınızı Açık Bırakacak 23 Az Bilinen Ünlü Fotoğrafı
Bu fotoda isə nisbətən haşiyəyə çıxırıq. Çünki fotodakı adam heç zaman prezident olmayıb. Lakin bir zamanlar  nüfuzunun prezident qədər  artdığını desək, yanılmarıq. Professor Əhməd Davudoğlu həm nazr, həm də baş nazir olan zamanda belə özünü həmişə xalqın arasında rahat hiss edib…
Gördüğünüzde Ağzınızı Açık Bırakacak 23 Az Bilinen Ünlü Fotoğrafı

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın