Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyə müxalifəti Ərdoğana ultimatum verdi

Türkiyə müxalifəti Ərdoğana ultimatum verdi

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CXP) koalisiya hökumətinin qurulmasında iştirakı ilə bağlı şərtlərini açıqlayıb.

“Report” xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumatda bildirilib ki, parlament seçkisindən sonra koalisiya hökumətinin qurulmasında açar siyasi qüvvə halına gələn CXP Ədalət və İnkişaf Partiyası (AKP) ilə bir hökumətdə təmsil olunmaq üçün aşağıdakı şərtləri irəli sürüb:

– Növbəli baş nazirlik sistemi tələb ediləcək. CXP sədri Kamal Qılıcdaroğlu iki il baş nazir olmalıdır;

– Türkiyə Böyük Millət Məclisinin sədri də CHP üzvü olmalıdır;

– Koalisiya hökumətində “böyük, kiçik ortaq” olmayacaq. Nazir vəzifələri partiyalar arasında bərabər sayda bölünməlidir;

– Ədliyyə, Daxili İşlər və Milli Təhsil nazirliklərinin CHP-yə verilməsi əsas şərt kimi tələb edilməlidir;

– İcraedici orqan qanunverici qurumun fəaliyyətinə müdaxiləyə son qoymalıdır;

– 2013-cü il dekabrın 17-25-də keçirilən antikorrupsiya əməliyyatının sənədləri parlamentdə açılmalı, adları bu cinayətdə hallanan keçmiş 4 nazirin işi ilə bağlı istintaq komissiyası qurulmalıdır;

– Korrupsiya və rüşvətxorluqla bağlı məsələlər parlamentdə müzakirə edilərək, dəyərləndirilməlidir;

– Hökumət qurulduqdan sonra ilk dini bayram günü təqaüdçülərə iki maaş həcmində mükafat verilməlidir;

CXP-nin Milliyyətçi Hərəkat (MHP) və Xalqların Demokratik (HDP) partiyaları ilə qurulacaq koalisiya hökuməti üçün şərtləri:

– Baş nazir Kamal Qıqlcdaroğlu olmalıdır və onun başçılığı ilə hökumət qurulmalıdır;

– MHP koalisiya hökumətinə daxil olarsa, baş nazirin müavinləri vəzifəsi onunla bölüşdürüləcək;

– Qurulacaq hökumətin proqramı üç partiyanın seçkiqabağı vədlərinin (məhkəmə, minimum əmək haqqı, təqaüd, müqavilə əsasında işləyən fəhlələrlə bağlı vədlər) əsasında həyata keçirilməlidir;

– Lazım gəlsə, parlamentin sədrliyi MHP-yə, məclisin bəzi komissiyalarının sədrliyi HDP-yə veriləcək;

– Korrupsiya hallarına güzəşt edilməyəcək, keçmiş 4 nazirlə bağlı istintaq işləri yeniləcək.

Qeyd edək ki, iyunun 15-də partiya Məclisinin toplantısı keçiriləcək və həmin toplantıda koalisiya hökumətinin qurulması ilə bağlı irəli bu şərtlər müzakirə olunacaq.

İyunun 7-də keçirilən parlament seçkisində CXP 24,96% səs toplayaraq Böyük Millət Məclisində 132 deputat yeri qazanıb.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın