Şənbə , Sentyabr 21 2019
Ana səhifə / İqtisadiyyat / Türkiyə məhkəməsi Ərdoğanın yox, Gülənin xeyrinə qərar verdi

Türkiyə məhkəməsi Ərdoğanın yox, Gülənin xeyrinə qərar verdi

Türkiyə Konstitusiya Məhkəməsi ölkədəki minlərlə özəl hazırlıq mərkəzlərinin bağlanmasını tələb edən ziddiyyətli qanunu ləğv edib.

İyulun 13-də məhkəmə qanunun konstitusiyaya zidd olması barədə qərar çıxarıb.

Ötən ilin martında parlamentin qəbul etdiyi qanun bu il sentyabrın 1-dək ölkədəki özəl hazırlıq mərkəzlərinin bağlanmasını tələb edirdi.

Bu addım prezident Rəcəb Tayyib Ərdoganın ABŞ-da yaşayan ruhani Fəthullah Gülənə qarşı daha bir addımı sayılırdı. Belə ki, həmin hazırlıq mərkəzlərinin çoxu Gülənə məxsusdur.

Gülənin Hizmet hərəkatının maliyyə və məktəblərdən tutmuş, mediaya qədər bir sıra sahələrdə maraqları var.

Ərdogan polis və ədliyyədəki Gülən ardıcıllarını ötən il hökuməti silkələmiş korrupsiya iddialarının arxasında durmaqda ittiham edir. Gülən bu iddiaları yalan adlandırır(azadliq.org).

Həmçinin oxuyun

Azərbaycanlılar Rusiya bazarından çıxarılır? – Açıqlama

Azərbaycanın Rusiyadakı səfirliyi Rostov şəhərindəki “Aksay” bazarında işləyən həmvətənlərimizin oradan çıxarılması və deportasiya edilməsini əks …

Bir cavab yazın