Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyə hərbçiləri terrorçu PKK-nın 93 silahlısını zərərsizləşdirib

Türkiyə hərbçiləri terrorçu PKK-nın 93 silahlısını zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələrinin iyunun 29-dan iyulun 6-dək, bir həftə ərzində keçirdiyi antiterror əməliyyatı nəticəsində terrorçu PKK-nın 93 silahlısı məhv edilib.
“Report” Haber7-yə istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı açıqlama yayıb.
Zərərsizləşdirilən terrorçulardan 3-ü PKK-nın aparıcı dəstə başçılarından olub.
Məlumata görə, əməliyyat nəticəsində 4 hərbçi şəhid olub, 10-u yaralanıb.
Antiterror əməliyyatı nəticəsində terrorçuların sığınacaq yerləri dağıdılıb, onlara məxsus silah-sursat aşkarlanaraq, götürülüb.

Həmçinin oxuyun

Kənddən şəhərə axın niyə dayanmır? – TƏHLİL

Ölkə iqtisadiyyatının bölgələr üzrə balanslı inkişafı əhalinin sosial rifahının normal təmini üçün əsas şərtdir. Keçən …

Bir cavab yazın