Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / İqtisadiyyat / “Türkiyə etdiklərindən peşman olacaq” – Putin canlı yayımda

“Türkiyə etdiklərindən peşman olacaq” – Putin canlı yayımda

Rusiya prezidenti Vladimir Putin Federal Məclisə illik müraciətini edib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, dövlət başçısı bildirib ki, beynəlxalq terrorizmlə mübarizə aparmaq üçün bir yumruq, vahid, güclü antiterror cəbhə yaradılmalıdır.

“Rusiya ordusu və donanması özünün döyüş qabiliyyətini göstərdi.

Bizim silahlı qüvvələrimiz Suriyada ilk olaraq, Rusiya üçün vuruşur.

Rusiya terrorla mübarizədə maksimum məsuliyyət və liderlik nümayiş etdirdi.

Putin həmçinin Türkiyənin rus təyyarəsini vurmasından danışıb:

Allah ağıldan məhrum etməklə Türkiyə rəhbərliyini cəzalandırmaq istəyib.

Biz bilirik ki, Türkiyədə Suriyadan talan edilən neftlə öz cibini doldurur. Biz məhz 90-cı və 2000-ci illərdə Şimali Qafqazda döyüşənlərin Türkiyədə gizləndiyini də xatırlayırıq. Türk xalqı mühriban, əməksevər və istedadlıdır. Bizim Türkiyədə çoxlu etibarlı dostlarımız var. Biz onları ölkənin rəhbər şəxsləri arasında bərabərlik işarəsi qoya bilmərik. Mən ümumiyyətlə başa düşə bilmirəm ki, onlar bunu nədən edib, istənilən ziddiyyəti digər üsullarla həll etmək olardı. Təkcə Allah bilir ki, onlar bunu nədən ediblər. Türkiyə hakim dairələri Suriyada halak olan rus hərbçisinin ölümünə görə birbaşa məsuliyyət daşıyır. Türkiyə etdiklərinə  peşman olacaq”

Bizdən əsəbi və isterik, dünya üçün təhlükəli olacaq reaksiya gözləməsinlər”.

Həmçinin oxuyun

Dekabrın 4-də vaxt başa çatır: Nə olacaq? – ŞƏRH

2020-ci ilin sentyabr ayının sonu ilə müqayisədə oktyabr ayında fiziki şəxslərin (əhalinin) banklardakı müddətli əmanətləri …

Bir cavab yazın