Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyə ermənilərindən Papaya sərt cavab: “Öz işinlə məşğul ol”

Türkiyə ermənilərindən Papaya sərt cavab: “Öz işinlə məşğul ol”

Türkiyənin Hatay vilayətinin Vakıflı kəndində yaşayan erməni əsilli türk vətəndaşları Roma Papasının 1915-ci il hadisələri ilə bağlı çıxışına sərt münasibət bildiriblər.

Axar.az xəbər verir ki, kəndin erməni camaatının sədri Cem Çapar bu məsələni siyasiləşdirməyin doğru olmadığını, ermənilərin burada türklər və müsəlmanlarla birlikdə qardaşca yaşadığını deyib.

Məhəllədəki erməni əsilli vətəndaşlardan Musa Emnikyan da uzun müddətdir Türkiyədə yaşadığını və heç bir çətinliyinin olmadığını bildirib:

“Mən Türkiyə vətəndaşıyam və 76 milyon adamdan biriyəm. Biz dünyada sülh istəyirik. Heç kimdən gözlədiyimiz bir şey yoxdur. Allah dövlətimizi və bayrağımızı qorusun”.

Qeyd edək ki, Suriyadakı qarşıdurmalara görə, bu ölkədə yaşayan ermənilərə ilk yardım əlini uzadan Türkiyə olub və buradakı ermənilər də Vakıflıdakı soydaşlarının yanına yerləşdiriliblər.

 

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın