Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyə: Can Dündar və Erdem Gülün məhkəməsi başlayıb – MEDİA

Türkiyə: Can Dündar və Erdem Gülün məhkəməsi başlayıb – MEDİA

Türkiyədə iki məşhur jurnalistin – Cumhuriyet qəzetinin redaktoru Can Dündar və qəzetin Ankara təmsilçisi Erdem Gülün məhkəməsi başlayır.

Onlar ötən il Türkiyə hökümətinin Suriyadakı daxili müharibəyə silah daşıdıqlarını iddia edən xəbərlərə görə casusluqda ittiham edilib və həbs edilib.

Daha sonra onlar şərti azadlığa çıxıb.

Lakin indiki məhkəmədə onlara qarşı ittihamlar təsdiqlənərsə, onlara ömürlük həbs cəzasının verilməsi ehtimalı var.

Gizli keçirilən məhkəmədə, prosesə prezident Recep Tayyip Erdoğan və Milli Kəşfiyyat Təşkilatının da daxil edilməsi qərarları qəbul edilib, BBC Türkcə yazır.

Məhkəməni çoxsaylı deputatlar, qeyri-hökümət təşkilatları üzvləri və diplomatlar izləyir.

Human Rights Watch təşkilatı məhkəmədən öncə “ittihamların dərhal ləğv edilməsini və ifadə azadlığına, bilgi almaq azadlığına müdaxiləyə son verilməsini” tələb edib.

Guardian qəzetində baş nazir Ahmet Davutoğluna yazılan açıq məktubda 100-dən çox məşhur yazar məhkəmənin sonlandırılmasını istəyib.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın