Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyə ‘Apple’ üçün super təkliflər hazırlayıb

Türkiyə ‘Apple’ üçün super təkliflər hazırlayıb

 Türkiyə baş nazirinin müavini Mehmet Şimşək ABŞ-ın “Apple” şirkətinə ölkəsində regional mərkəzini qurması və istehsala başlaması üçün xüsusi təklif göndərib. 
“Report”un “Habertürk” qəzetinə istinadən verdiyi xəbərə görə, “Apple” şirkətinin İrlandiya ilə müqaviləsinə görə Avropa İttifaqı (Aİ) ölkələrində tələb olunan vergini ödəmədiyi üçün 13 mlrd. avro məbləğində cərimələnməsindən sonra M.Şimşək şirkətə “super təklif” irəli sürüb.
Təklifə görə, “Apple” bir neçə gün əvvəl Türkiyə hökuməti tərəfindən açıqlanan xüsusi güzəştlərdən istifadə edə bilər. Biznes mühitinin təşviqi məqsədi ilə “Apple” üçün 5 il müddətinə vergi güzəşti tətbiq edilə bilər. Ayrıca, Türkiyə tərəfindən “Apple”a pulsuz torpaq sahəsi verilməklə bərabər onun üçün dövlət hesabına istehsal müəssisəsi qurula və elektrik enerjisindən istifadəyə görə ödəmə alınmaya bilər. Hətta, Türkiyə “Apple”a istehsal etdiyi malların bir hissəsini almaq təklifini də irəli sürüb.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın