Ana səhifə / İqtisadiyyat / Türkiyə: 6000 nəfər həbs edilib

Türkiyə: 6000 nəfər həbs edilib

Türkiyədə baş tutmayan hərbi çevriliş cəhdindən sonra 6000 nəfər həbs edilib.

Prezident Erdoğan hökümət qurumlarını bu “virus”dan təmizləməyə vəd verib.

Hadisə zamanı həyatını itirənlərin birinin yasında cənab Erdoğan yenə ABŞ-da yaşayan türkiyəli ruhani Fethullah Güleni çevrilişə görə ittiham edib.

Cənab Gülen bu iddialar qəti rədd edib.

Həmçinin Türkiyənin Əmək naziri çevriliş cəhdinin arxasında ABŞ-ın durduğunu açıqlayıb. Bundan sonra ABŞ belə ittihamların Türkiyə ilə münasibətlərə zərər gətirəcəyi barədə xəbərdarlıq edib.

İndiyə kimi 3 mindən çox əsgər saxlanılıb və 2700-dən çox hakim işdən çıxarılıb. Saxlanılanlar arasında yüksək rütbəli hərbçilər var.

Cümə günü gecəsi bir qrup hərbçi İstanbulda əsas körpülərdə nəzarəti ələ keçirərək çevriliş etdiyini açıqlayıb. Çevriliş cəhdi zamanı azı 265 nəfər ölüb.

Cənab Erdoğan bildirib ki, parlament ölüm hökmü barədə təklifə baxa bilər.

BBC Türkcənin şərhi, Selin Girit:

Çevrilişə cəhd zamanı ölənlərin dəfn mərasimində emosiyalar çox yüksəkdədir. Prezident Erdoğan bu səhər İstanbulda öz yaxın məsləhətçisinin qardaşının yas mərasimində iştirak edib.

“Mənim şanlı xalqım çevriliş xainlərinə ən yaxşı cavabı verdi,” cənab Erdoğan televiziya ilə yayımlanan çıxışında qeyd edib. Onun çıxışı tez-tez “Allah böyükdür” dini şüarla müşahidə edilib.

Onun Fethullah Gülenin adını çəkdiyi zamanlarda isə kütlədən “uğultu” səsləri gəlib.

Türkiyə hazırda dramatik 48 saatını yaşayır. Bu ölkə daha 3 hərbi çevriliş və 2 hərbi müdaxilənin şahidi olsa da, belə bir şey görməmişdi. Və bu, hələ də davam edir.

6000-dən çox insanın saxlanılmasını Twitterdə bir istifadəçi “hakim partiyaya prezidentlik sisteminə qarşı olan bütün müxalifləri təmizləmə şansı” kimi şərh edib.

Cənab Erdoğanın tənqidçiləri onun son hadisələrdən istifadə edərək onu daha güclü edə biləcək Konstitusiya dəyişikliyi üçün daha ciddi təzyiq göstərəcəyindən narahatdır.

Yeni həbslər

Bazar günü səhəri Denizlidə briqada komandiri və 50-dən çox əsgər həbs edilib, Türkiyə mediası bildirir.

Denizli qarnizonunun və 11-ci Komanda Briqadasının komandiri, general-mayor Özhan Özbakır həbs edilənlər arasındadır, Anadolu agentliyi bildirib.

Digər saxlanılan yüksək rütbəli hərbçilər Üçüncü Ordu generalı Erdal Özturk, İkinci Ordu generalı Adem Huduti və keçmiş Hava Qüvvələri şefi Akin Özturkdür.

Türkiyə, həmçinin Yunanıstana qaçmış 8 hərbçinin ekstradisiyasını istəyib.

Şənbə günü Türkiyənin yüksək rütbəli hakimi Alparslan Altan saxlanılıb. Gecə vaxtı isə Konya şəhərində 44 hakim və prokuror, Qaziantepdə isə 92 nəfər həbs edilib, Doğan xəbər agentliyi bildirib.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın