Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Türk tələbələr də Rusiyadan çıxarılır

Türk tələbələr də Rusiyadan çıxarılır

Rusiyanın Voronej Yüksək Texnologiyalar İnstitutunda təhsil alan türk tələbələrə ölkəni tərk etməklə bağlı xəbərdarlıq edilib.

Adının açıqlanmasını istəməyən tələbə, məktəb rəhbərliyinin onlardan 2-7 dekabr tarixləri arasında Rusiyadan çıxmalarını tələb etdiyini bildirib. Tələbələrə göstərilən tarixə qədər Rusiyanı tərk etməyəcəkləri halda deportasiya olunacaqlarını da deyiblər.

“Rəhbərlik bizə ölkədəki türk vətəndaşlarının deportasiya ediləcəyini bildirib. Bizə bununla bağlı hər hansı yazılı sənəd təqdim etməyiblər. Ancaq rəhbərlik 2-7 dekabr tarixləri arasında könüllü olaraq ölkədən çıxmaq istədiyimiz haqda bir sənədə imza atmamızı tələb etdi. Yeddi yoldaşımız tələb olunan sənədə imza atsalar da, mən və başqa bir tələbə bundan imtina etdik. Ümumilikdə, şəhərdə 45-50 tələbə var. Bütün tələbələrin məktəb rəhbərliyi tərəfindən ünvanları və telefon məlumatları götürülüb”. (azadliq.info)

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın