Ana səhifə / İqtisadiyyat / Türk ordusunun Əl Baba hücumu başladı

Türk ordusunun Əl Baba hücumu başladı

Türkiyə ordusu Azad Suriya Ordusu (ASO) ilə birgə “Fərat qalxanı”nın 3-cü mərhələsi hesab edilən “Əl Bab əməliyyatı”na başlayıb.

Axar.az xəbər verir ki, bölgənin İŞİD-dən azad edilməsi üçün 200 türk əsgəri və 2500 ASO döyüşçüsü əməliyyatlara qoşulub.

Həmçinin ABŞ ordusunun 29 xüsusi təyinatlısı da anti-terror əməliyyatlarına dəstək vermək üçün Çobanbəyə gəlib.

Qeyd edək ki, Əl Bab şəhəri ASO üçün böyük əhəmiyyət kəsb edir. Bu şəhər Hələbin 45 kilometrliyində yerləşir.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın