Ana səhifə / İqtisadiyyat / “Türk axını”nın ikinci xətti üçün TAP istifadə oluna bilər

“Türk axını”nın ikinci xətti üçün TAP istifadə oluna bilər

Trans-Adriatik Qaz Boru Kəmərinə (TAP) əlavə olaraq vurulacaq 10 mlrd. kubmetr həcmində təbii qaz “Türk axını” layihəsinin ikinci xətti üçün istifadə oluna bilər.

Bu barədə Enerji Tənzimləyicilərinin Əməkdaşlığı üzrə Agentliyin (ACER) Apellyasiya Şurasının üzvü Maykl Tomadakis “Anadolu” agentliyinə açıqlamasında bildirib.

 Onun sözlərinə görə, Rusiya qazını Avropa bazarına çıxaracaq “Şimal axını-2” layihəsi olduqca əhəmiyyətlidir. Şura üzvü bildirib ki, “Türk axını” layihəsinin birinci xəttinin tikintisi davam edir, ikinci xəttin gələcək müqəddəratı naməlumdur: “İkinci xəttin tikintisi üçün olduqca böyük səylər göstərilir. Lakin biz nəzərə almalıyıq ki, “Şimal axını-2” layihəsindən fərqli olaraq, “Türk axını” qurudan keçəcək. Buna görə onun işlənməsi böyük vaxt alacaq”.

M.Tomadakis əlavə edib ki, “Türk axını” layihəsinin taleyi qismən “Şimal axını-2” layihəsinin reallaşdırılmasından asılıdır.

“Şirkətlər qarşılıqlı hörmət və ədalətli rəqabət prinsiplərinə sadiq qalarsa, “Şimal axını-2″ layihəsinin reallaşdırılmasına heç bir maneə yoxdur. Rus qazının ən ciddi rəqibi elə rus qazıdır”, – deyə o bildirib.

Onun sözlərinə görə, “Türk axını” layihəsinin yeni xətti cızılmalıdır: “Yunanıstan şirkətlərinin “Qazprom” ilə imzaladığı niyyət memorandumuna əsasən, boru kəməri Türkiyə-Yunanıstan sərhədindən keçərək İtaliyaya uzana bilər. Ən uyğun marşrut elə TAP layihəsidir. TAP kəmərinə vurulacaq əlavə 10 mlrd. kubmetr həcmində təbii qaz “Türk axını” layihəsinin ikinci xətti üçün istifadə oluna bilər”. (APA)

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …