Cümə axşamı , Sentyabr 21 2023
Ana səhifə / İqtisadiyyat / Turizmdə yeni dəb: Otellər tarixə qovuşur

Turizmdə yeni dəb: Otellər tarixə qovuşur

Dünyada turizm inkişaf etdikcə ənənəvi olaraq otellərdə yerləşmə geridə qalıb və turistlər indi daha isti, rahat və orijinal yerləşmə təcrübələri üçün evlərə üz tuturlar. 

2023-cü il turizm tendensiyalarında evdə yerləşdirmə niyə bu qədər populyardır? 

2023-cü ildə turizm sektorunda ciddi dəyişikliklər baş verib.

Belə ki, turistlər otellərə deyil, evlərə üstünlük verirlər. Otellərin sayının azalmasının səbəbləri nələrdir?

Turizmin inkişaf etdiyi ölkələrdən biri olan Türkiyədə 2023-cü ildə turistlərin gecələmələri 2019-cu ilə nisbətən 32 milyon artıb. Bu artımın böyük hissəsi evlərdə baş tutub. 

Turizm Məlumat Bankının Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatları əsasında apardığı araşdırmaya görə, 2023-cü ilin ilk altı ayında xaricdən gələn turistlərin ümumilikdə 217 milyon gecələmə reallaşdırdığını ortaya çıxarıb.

Bu dövrün diqqətəlayiq cəhəti o idi ki, gecələmələrdə artım daha çox rezidensiyalarda (şəxsi mülklər, kirayə evlər və ailə evləri) olub.

Evlərdə yerləşmə nisbəti 38,5 milyon artdığı halda, otel və buna bənzər yerləşdirmə obyektlərində cəmi 139 min gecə artım olub.

Digər qonaqlama yerlərində 6,6 milyon azalma müşahidə edilib.

2023-cü ilin birinci yarısında gecələmələrin 60,2 faizi evdə, 35,6 faizi isə qonaqlama yerlərində baş verib. 

2019-cu illə müqayisədə gecələmələrdə evlərin payı 10 faiz artıb, obyektlərin payı isə 5 faiz azalıb. Cebhe.info

Həmçinin oxuyun

Sanksiyalara rəğmən Qərb şirkətləri Rusiyadan böyük pullr qazanır

Rusiyada fəaliyyətini davam etdirən Qərb şirkətləri 2022-ci ildə ölkədə 18 milyard dollardan çox mənfəət əldə …