Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / “Trendyol”un məhsulları niyə gecikir?

“Trendyol”un məhsulları niyə gecikir?

Bu ilin may ayından etibarən Türkiyənin məşhur alış-veriş saytı olan “Trendyol”a daxil olarkən Azərbaycan istifadəçilərinə yeni seçim imkanı təklif edilir. Vətəndaşlar Azərbaycan nömrəsi ilə qeydiyyatdan keçərək, sifarişi “Trendyol” saytından izləyə bilərlər. Eyni zamanda, sifarişçi karqo şirkətinin deyil, öz ev ünvanını qeyd edərək, məhsulu birbaşa təhvil ala bilər.

Ancaq maraqlısı budur ki, “Trendyol”un Azərbaycana birbaşa çatdırılma xidməti istifadəyə verildikdən sonra şikayətlərin sayı günbəgün artıb. Belə ki, şikayətçilər bildirirlər ki, “Trendyol Azərbaycan” fəaliyyətə başladıqdan sonra digər karqo şirkətlərinin Azərbaycana məhsul çatdırması gecikir. Müştərilər bildirirlər ki, bazarda yeni dəyişikliklər digər karqo şirkətlərinin işini çətinə salıb. Onların sözlərinə görə gecikmə bəzən 20 günə qədər uzanır. Bu isə sifariş verənlərin narazılığına səbəb olur. Əksər karqo şirkətləri şikayətlərin çoxluğundan müştərilərə cavab da vermirlər. Deyirlər ki, şikayət çox olduğu üçün çatdırıb cavab verə bilmirlər… Yəni onlar özləri də problemin olduğunu inkar etmirlər. 

İqtisadçı ekspert Eldəniz Əmirov Musavat.com-a açıqlamasında bildirdi ki, karqo şirkətlərinin məhsulları gecikdirməsinin əsas səbəblərindən biri gömrük xidmətində yaşanan problemlərlə əlaqəli ola bilər:

WhatsApp Image 2023-11-29 at 16.16.13.jpeg (77 KB)

“Daşıma şirkətlərinin prosesə məsuliyyətlə və peşəkar yanaşmaması gömrükdə gecikmələrə gətirib çıxarır. Əslində, Gömrük Komitəsi tərəfindən saxlanma yalnız müəyyən qaydalar pozulduğu halda olur. Məsələn, qanunvericiliklə təyin olunmuş gömrük dəyəri var. Məhsulun qiyməti bu dəyərdən daha yüksək olduqda məsələnin araşdırılması üçün zaman lazım olur. Digər tərəfdən aviaşirkətlərlə problemlər yaşanır. Eyni zamanda anbar infrastrukturunda problemlər yaşana bilər. Lakin ümumilikdə əsas problem daşıma şirkətlərinin qeyri-peşəkarlığıdır. Bəzən şirkətlər müştəri cəlb etmək üçün çatdırılma müddətini daha qısa göstərir, ancaq həmin vaxta məhsulu təhvil verə bilmirlər”.

trendyol.png (40 KB)

Ekspert hesab edir ki,  alıcılar Azərbaycanda əsasən geyim məhsullarının daha ucuz olmasını istəyirlər, lakin nəzərə almaq lazımdır ki, ölkəmizdə tekstil məhsulları məhdud sayda istehsal olunur: “İstehlakçılar düşünürlər ki, yerli istehsal olsa, karqo şirkətlərinə ehtiyac qalmaz, lakin bu, belə deyil. Türkiyədə geyim məhsulları Azərbaycana nisbətən ona görə ucuzdur ki, dünyaya birbaşa məhsul ixrac edən ölkədir. Hətta xarici ölkələrdə olan brendlər də Türkiyədə məhsul istehsal edirlər. Qiymət fərqi də buna görə yaranır”.

Ekspert Osman Gündüz məsələ ilə bağlı fikirlərini belə ifadə edib: “Antiinhisar Dövlət  Xidmətinin yeni rəhbərliyi ilk dövrlərdə antiinhisar sektorunda müəyyən irəliləyişlər etmişdi. Biz də dəstək verirdik bu quruma. Ümid edirdik ki, bu xidmət 17 il Rəqabət Məcəlləsinin qəbuluna mane olanlarla vuruşa biləcək. İlk dövrlərdə qurum bəzi tenderləri ləğv etdirə bildi, bir neçə ciddi antiinhisar qərarlar oldu. Son bir ildə proses xeyli zəiflədi. Real inhisarçılıq faktlarına, açıq-aşkar qanunsuz tenderlərə qarşı qurumun yanaşmaları ağlabatan olmadı. Elə son vaxtlardakı tədbirləri də göstərdi ki, güman ki, deyəcək bir şeyləri də olmadığından vətəndaş cəmiyyəti ilə əlaqələri”.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …