Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Trampın Respublikaçılar Partiyasından prezidentliyə namizədliyi təsdiqlənib

Trampın Respublikaçılar Partiyasından prezidentliyə namizədliyi təsdiqlənib

ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə milyarder Donald Тrамpın namizədliyi rəsmən təsdiqlənib.

TASS xəbər verir ki, partiyanın Klivlenddə (Ohayo ştatı) keçirilən qurultayının nümayəndələri belə qərar qəbul ediblər.

Qurultayda səsvermə nümayəndələrin namizədliyi üzrə əlifba sırası ilə keçirilib. Qaydalara görə, partiyanın prezident postuna irəli sürülməsi üçün iş adamından sadə səs çoxluğu tələb olunub.

Donald Tramp səsvermə başlayandan az sonra lazım olan səsləri toplayıb.

Qeyd edək ki, noyabrın 8-də keçiriləcək prezident seçkisində Donald Trampın rəqibi Demokratlar Partiyasından namizəd Hillari Klinton olacaq.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın