Cümə axşamı , Noyabr 21 2019
Ana səhifə / İqtisadiyyat / Trampın İsveçi ayağa qaldıran “terror açıqlaması” – prezident istehza hədəfi oldu

Trampın İsveçi ayağa qaldıran “terror açıqlaması” – prezident istehza hədəfi oldu

ABŞ prezidenti Donald Tramp keçən həftənin şənbə günü Florida ştatında hakimiyyətə gəldiyi gündən sonra ilk mitinqini keçirib. O, iqtisadi və siyasi məsələlərə toxunaraq vəzifəsinin icrasına başladıqdan bu yana etdikləri haqqında danışıb. 

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Tramp mühacirlərlə bağlı yürütdüyü siyasəti müdafiə edib və yeni fərmanın hazırlandığını bildirib. Bundan əlavə, o, Avropa ölkələrinin mühacirlərlə bağlı siyasətini tənqid edib, Parisdə, Brüsseldə və Almaniyada olan terror hücumlarının məhz yanlış siyasətin nəticəsi olduğunu deyib.

Trampın bu məqamda “dünən gecə İsveçdə olanları gördünüzmü, siz buna inana bilirsinizmi?” deməsi hər kəsi təəcübləndirib, çünki İsveçdə heç nə baş verməmişdi.

Musavat.com nytimes.com saytına istinadən xəbər verir ki, Trampın bu ifadəsi dərhal dünya miqyasında müzakirəyə səbəb olub, Trampın da sıx istifadə etidiyi tvitter sosial şəbəkəsində “keçən gecə İsveçdə” həştəqi ilə trend mövzuya çevrilib. İsveçlilər “dünən gecə burada hava soyuq idi” və yaxud İKEA-da satılan küftələrdən bəhs edərək Trampı lağa qoyublar.

İsveçin keçmiş baş naziri və xarici işlər naziri Karl Bildtin reaksiyası lap ağır olub: “İsveç? Terror hücumu? O, ümümiyyətlə nə çəkir”.

Ağ Evin qadın mətbuat katibi Sara Xakabi Sanders, Trampın söylədiklərinə aydınlıq gətirmək istəyərək deyib ki, Tramp xüsusi bir terror hücumundan bəhs etməyib, o, sadəcə olaraq İsveçdə baş verən ümumi cinayətlərdan danışıb.

İsveçin xarici işlər naziri Marqot Volstrom məsələyə münasibət bildirməyib, lakin onun mətbuat katibi Erik Virkensjo “Trampın nə haqda danışdığını demək çətindir” deyib.

Dünən Tramp yenə də tvitter səhifəsində məsələyə açıqlama gətirərək yazıb: “Mənim İsveç barəsində olan qeydim “Foxnews”un immiqrantlar və İsveç haqqında gedən verilişinə görə olub”.

Qeyd edək ki, “Foxnews”da gedən veriliş müxbir Tuker Karlsonun quruluşçu rejissor Ami Horovitslə apardıığı müsahibə əsasında olub. Horovits İsveçdə baş verən cinayət hadisələrinin miqrantlarla əlaqədar olduğunu, bunun isə gizlədildiyini deyib.

Həmçinin oxuyun

Prezident ehtiyat fondundan 6 milyon ayırdı

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının, həmçinin su təchizatı və …

Bir cavab yazın