Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Trampın Ermənistanla bağlı qərarını dəyişmək istəyirlər

Trampın Ermənistanla bağlı qərarını dəyişmək istəyirlər

ABŞ Konqresinin erməni məsələləri üzrə şurası prezident Donald Trampın Ermənistana ayrılan yardımın azaldılması ilə bağlı qəbul etdiyi qərarın həyata keçirilməsinə mane olmağa çalışır.

Azvision.az xəbər verir ki, bu barədə Erməni Milli Komitəsi (ANCA) məlumat yayıb.

Bildirilib ki, belə təşəbbüslə Nümayəndələr Palatasının üzvləri Frank Pallon, Anna Eşun, Caki Şeyer, Adam Şif və şuranın digər demokrat üzvləri çıxış ediblər.

Onlar Ermənistana və Azərbaycan torpaqlarında yaradılan qondarma rejimə ayrılan maddi yardımın əvvəlki səviyyədə bərpa edilməsinə dair çağırış ediblər.

Xatırladaq ki, ABŞ administrasiyası Ermənistana ayrılan maliyyə yardımının 20,4 milyon dollardan 6,8 milyon dollardək (67%) azaldılması barədə qərar qəbul edib.

Həmçinin oxuyun

Dövlət Neft Fondunun aktivləri bir rübdə 2 %-dən çox artıb

Bu ilin aprelin 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin həcmi 57 milyard 372,8 milyon ABŞ dollar …

Bir cavab yazın