Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İqtisadiyyat / “Trampın arvadının cürəti varsa, İrana başıaçıq getsin”

“Trampın arvadının cürəti varsa, İrana başıaçıq getsin”

“Səudiyyə kralı görün nə gündədir ki, Trampın arvadı belə onu saymadı…”

ABŞ prezidenti Tonald Trampın Səudiyyə Ərəbistanına səfəri ilə bağlı səsləndirilən fikirlər səngimək bilmir. Dünən Trampın Vatikana səfərindən sonra isə bu fikirlər daha da alovlandı. Buna səbəb isə Trampın həyat yoldaşı  Melanianın geyimi oldu. Çünki qadınların başı açıq gəzməsi qadağan olunan Səudiyyə Ərəbistanında qadağalara məhəl qoymayan Melania Tramp Vatikanda Papa Fransiskin qarşısında başını örtdü.
“Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Moderator.az-a açıqlamasında dünya mediasının gündəmini zəbt etmiş məlum hadisəyə münasibət bildirib.
Hacı Əbdül qeyd edib ki, Səudiyyə kralı özü İslam dininə hörmət etmədiyinə görə başqasından da hörmətsizlik gördü:
“Bir adam ki, özünə, ailəsinə, dininə layiqincə qiymət vermirsə, əlbəttə ki, qeyrisi də verməz. Səudiyyə Ərəbistanı da öz dininə o qiyməti vermədiyindən digərlərindən də hörmət görmədi. Səudiyyə Ərəbistanı adı, özü müsəlmandırsa da, əslində müsəlmançılıqdan uzaqdır. Ancaq Vatikan xristian da olsa öz dinində sadiqdir, möhkəmdir. Baxmayaraq ki, dinləri batildir, o dinin hörmətini saxlayırlar və ora gedənlər də məcburdur ki, o dinin hörmətini saxlasınlar.
Görün Səudiyyə Ərəbistanının kralı özünü nə qədər aşağı tutub ki, Trampın arvadı səfərə gedəndə bir şəxs belə deməyib ki, sən İslam ölkəsinə gedirsən, geyiminə diqqət yetir. Bir daha deyirəm ki, Səudiyyə Ərəbistanının dininə etdiyi hörmətdir ki, qabaqlarına çıxır. Trampın arvadının cürəti varsa, başıaçıq getsin İrana, Xameyninin yanına. Görüm gedə bilərmi, yoxsa yox. Təəssüflər olsun ki, Səudiyyə Ərəbistanı kimi müqəddəs torpaqların başında elə insanlar durur…”

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın