Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / İqtisadiyyat / Tramp rəsmi Tehranı hədələdi: “Mən onlara Obama olmayacağam”

Tramp rəsmi Tehranı hədələdi: “Mən onlara Obama olmayacağam”

ABŞ prezidenti Donald Tramp İranın ünvanına növbəti dəfə sərt ifadələr işlədib.
Tramp özünün “Twitter” səhifəsində aşağıdakıları yazıb:
“İran odla oynayır. Onlar prezident Obamanın İrana münasibətdə necə “xeyirxah” olduğunu lazımınca qiymətləndirmirlər. Mən isə belə olmayacağam!”.
Qeyd edək ki, bundan əvvəl D. Tramp bildirib ki, Tehran ABŞ-ın əvvəlki hökumətinin onlarla imzaladığı anlaşmaya görə minnətdar olmalıdır. O, İranla imzalanmış nüvə sazişini “qorxunc” adlandırıb və ABŞ-ın ballistik raketlərin sınağını keçirən İrana hərbi cavabını istisna etməyib. Vaşinqtonun İrana qarşı sanksiyaları gücləndirəcəyi gözlənilir.
Xatırladaq ki, İran yanvarın sonlarında ballistik raketin uğurlu sınağını keçirib.

Həmçinin oxuyun

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

2024-cü ilin mart ayında Azərbaycanda ən çox şikayət edilən bank 5,03 indeksi ilə “Bank of …

Bir cavab yazın