Ana səhifə / İqtisadiyyat / Tramp Konqresdə ilk çıxışını etdi və 1 trilyon dollarlıq vəd verdi

Tramp Konqresdə ilk çıxışını etdi və 1 trilyon dollarlıq vəd verdi

ABŞ prezidenti Donald Tramp konqres qarşısında “Ölkənin vəziyyəti barədə” (State of the Union Address) ilk çıxışında bir trilyon dolları infrastruktur layihələrə yönəltmək və miqrantların qəbul sistemini dəyişdirmək niyyətində olduğunu söyləyib.

O, konqresə müraciətində bildirib ki, ABŞ bundan sonra da NATO-nu qətiyyətlə dəstəkləyəcək.

Tramp çıxışının əvvəlində bildirib ki, Amerika xalqı birdir və nifrətlə və bəla ilə mübarizə aparmaq əzmindədir.

“Müttəfiqlərimiz görəcəklər ki, Amerika yenə də digər ölkələri öz arxasınca aparmağa hazırdır”, deyən cənab Trampın sözlərinə görə, bu gündən etibarən ABŞ tarixində yeni tarix başlayır.

ABŞ prezidenti öz nitqində seçki kampaniyası zamanı istifadə etdiyi əsas tezislərin çoxunu təkrar edib.

O, administrasiyasının başlıca vəzifələrinin ölkənin təhlükəsizliyinin təminatı, cinayətkarlıqla mübarizə və yeni iş yerlərinin yaradılması olduğunu hesab edir.

Konqress üzvləri və ictimaiyət ABŞ-ın birinci xanımı Melania Trampın çıxışını iki dəfə ayaqüstə alqışlayıb

Tramp ABŞ-ın cənub sərhədində divar tikintisi haqqında fikirlərini təkrar edib, hərçənd bu dəfə divarın inşasına görə Meksikanın pul ödəməli olduğunu deməyib.

Onun yeni təklif etdiyi immiqrasiya sistemi Avstraliya nümunəsindən qaynaqlanır- yalnız iqtisadiyyata lazım olan işçilərin ölkəyə cəlbi.

Prezident Tramp çıxış edərkən onun tənqidçiləri Ağ Ev qarşısında piket keçirib (BBC).

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın