Ana səhifə / İqtisadiyyat / “Tramp dünyanı daha yaxşı edəcək” – Ağalarov

“Tramp dünyanı daha yaxşı edəcək” – Ağalarov

Müğənni Emin Ağalarov sabah andiçməsi baş tutacaq ABŞ-ın yeni prezidenti Donald Trampa uğurlar arzulayıb.

Qafqazinfo” xəbər verir ki, Ağalarov instagram hesabında Trampın prezident seçiləcəyinə heç bir zaman şübhə etmədiyini yazıb:

“Sabah prezident olma yolunda ona inananların az olmasına, dünya mediasının ona qarşı olmasına rəğmən, bu ağıllı, ambisiyalı və uğurlu insan nəhayət ki, Amerika Birləşmiş Ştatlarının prezidenti olacaq. Əminəm ki, o təkcə Amerikanı yenidən güclü etməyəcək, həmçinin dünyanı daha yaxşı edəcək. Uğurlar sizə, cənab prezident Tramp. Mən sizdən heç bir zaman, bir saniyə belə olsun şübhə etməmişəm”.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın