Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Tramp Ağ Evdə oturan kimi bunu edəcək – “Qaçqınları ölkədən qovacam!”

Tramp Ağ Evdə oturan kimi bunu edəcək – “Qaçqınları ölkədən qovacam!”

Moderator.az xəbər verir ki, ABŞ-da prezident seçkisini qazanan Donald Tramp, qeyri-qanuni yollarla ABŞ-da yaşayan 2-3 milyon qaçqını ölkədən göndərəcəklərini açıqlayıb.
Tramp, CBC kanalında bu gecə hamısı yayımlanacaq  olan “60 Minutes” (60 Dəqiqə) proqramında açıqlamalarıyla yadda qalıb. Tramp, ABŞ-da sənədsiz olaraq yaşayan 2-3 milyon immiqrantın dərhal deportasiya ediləcəyini bildirib.
Tramp, bəhs etdiyi bu kəsləri “günahkar” adlandırıb, aralarında “cinayət qeydi olanlar, narkotik satıcıları, şəbəkə üzvlərinin olduğu bu kəslərin saylarının 2 hətta 3 milyona çatdığını” söyləyib.
“Meksika sərhədinə divar hörüləcək”
ABŞ-ın yeni başçısı, “Meksika sərhədinə divar da hörə bilərsinizmi?” sualına isə “Bəli” cavabını verib. Tramp, bunun qismən divar, qismən də çit olacağını sözlərinə əlavə edib.
xatırladaq ki, ABŞ-dakı qeyri-qanuni immiqrantların deportasiya edilməsi və Meksika sərhədinə divar hörülməsi, Trampın ən böyük seçki vədləri arasında idi.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın