Ana səhifə / İqtisadiyyat / Tramp Ərdoğanı təriflədi: “Qızım sizi sevir”

Tramp Ərdoğanı təriflədi: “Qızım sizi sevir”

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp arasındakı telefon danışıqlarının detalları yayılıb.

Publika.az bildirir ki, danışığın çox səmimi və müsbət keçdiyi deyilir.

Tramp Ərdoğana “sizə çox böyük hörmətim var” deyə bildirib: “Ölkəniz üçün çox yaxşı işlər həyata keçirmişiniz. İvanka (Trampın qızı) da yanımdadır, bağlantını o qurdu. Sizin böyük tərəfdarınız və heyranınızdır. Sizi sevir”.

Telefon söhbətində İŞİD, FETÖ lideri Fəthullah Gülən, PYD və Mosul məsələsi müzakirə edilib, liderlər bu məsələlərdə qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıblar.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın