Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Tramp ədliyyə nazirini işdən qovdu

Tramp ədliyyə nazirini işdən qovdu

ABŞ-ın yeni prezidenti Donald Tramp ədliyyə naziri Salli Yetsi işdən uzaqlaşdırıb.

Ölkə.Az xəbər verir ki, Salli Trampın 7 müsəlman ölkəsinə aid qərarnaməsini tətbiq etməyəcəyini açıqladığı üçün vəzifəsindən uzaqlaşdırılıb.

Trampın miqrantlara aid yeni sərəncamına sərt reaksiyalar davam edir. Bu dəfə ədalət nazirinin vəzifəsini icra edən Salli Yetsin sərt reaksiyası Trampın qəzəbinə səbəb olub. Nazirin işinə xitam verilib.

Ağ Evdən məsələ ilə bağlı açıqlama verilib. Açıqlamada deyilir: “Ədliyyə naziri Salli Yets ABŞ vətəndaşlarını qorumaq üçün nəzərdə tutulmuş qanuni bir sərəncamı tətbiq etməyi rədd edib və bununla da ədliyyə sisteminə xəyanət edib. Bu sərəncamın qanuniliyi ədliyyə nazirliyinin hüquq müşavirliyi tərəfindən təsdiqlənib”.

Qeyd etmək lazımdır ki, Salli sabiq prezident Barak Obama tərəfindən təyin edilmişdi.

Açıqlamada həm də Yetsin yerinə Virciniya şərq vilayətinin prokuroru Dana Boentenin təyin edildiyi bildirilib.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın