Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Tramdan diqqətçəkən təyinat – Rusiyanı “yırtıcı” dövlət adlandıran “Quduz köpək”ə yeni vəzifə verir

Tramdan diqqətçəkən təyinat – Rusiyanı “yırtıcı” dövlət adlandıran “Quduz köpək”ə yeni vəzifə verir

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp müdafiə naziri postuna “Quduz köpək” ləqəbi ilə tanınan dəniz piyadalı korpusunun istefada olan generalı Ceyms Mettisi təyin etmək niyyətində olduğunu bəyan edib.
APA-nın “CBS News”a istinadən verdiyi xəbərə görə, Tramp bu barədə tərəfdarları ilə seçkilərdən sonra keçirdiyi ilk görüşdə bildirib.
“Biz “Quduz köpək” Mettisi müdafiə naziri təyin etməyə hazırlaşırıq”, – deyə Tramp bildirib.
O, Mettisin dahi generallardan biri olduğunu bildirib.  Tramp Ceyms Mettisi  Pentaqon rəhbəri postuna təyin edəcəyini rəsmi olaraq dekabrın 5-də bəyan edəcək.
Qeyd edək ki, Ceyms Mettis Rusiya prezidenti Vladimir Putinin qızğın tənqidçisi kimi tanınır.
“Quduz köpək” dəfələrlə Rusiyanı “yırtıcı” dövlət adlandırıb.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın