Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Toyuq tovuz quşu balasını övladlığa götürüb

Toyuq tovuz quşu balasını övladlığa götürüb

Toyuq küçəyə atılmış yumurtanın üstündə kürt yataraq bala çıxarıb. Yumurtadan çıxan bala isə hamının təəccübünə səbəb olub. Çölə atılmış yumurta tovuz quşunun yumurtası imiş.

Bu qeyri-adi hadisə Rusiyanın Tümen vilayətində müxtəlif quş növlərinin saxlandığı dəvəquşu fermasında baş verib.

Fermanın sahibəsi Natalya Demçenkonun sözlərinə görə, fermadakı quşların əksəriyyəti yaxşı ana deyillər, onlar yumurtadan bala çıxarmır, onu harada gəldi atıb gedirlər.

“Biz əvvəllər həmin yumurtaları inkubator vasitəsilə çıxarmaq istədik. Amma məlum oldu ki, inkubatordan çıxan quş balalarının ayaqları çox zəif olur. Bu dəfə biz yumurtaları toyuğun altına qoymaq qərarına gəldik”, – deyə Demçenko bildirib.

Sınaq uğurlu alınıb və toyuq nəinki həmin yumurtadan bala çıxarıb, həm də qayğıkeş ana olub. İndi o kiçik tovuz quşunun qayğısına qalır və quş da onun qanadının altından ayrılmır.

Gülnar

Virtualaz.org

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …

Bir cavab yazın