Ana səhifə / İqtisadiyyat / “Toyota”, “Honda” və “Mazda” Rusiyaya avtomobil ixrac etməyəcək

“Toyota”, “Honda” və “Mazda” Rusiyaya avtomobil ixrac etməyəcək

Yaponiyanın “Toyota Motor” şirkəti Rusiyada avtomobil istehsalını dayandırıb.
Bu barədə “Nikkei” nəşri məlumat yayıb.
Məlumatda bildirilir ki, “Toyota Motor” xaricdən ehtiyat hissələrin tədarükü ilə bağlı problemlər səbəbindən Rusiyada avtomobillərin istehsalını dayandırır.
“Toyota” bu ölkəyə hələlik avtomobil də ixrac etməyəcək.Nəşrin yazdığına görə, Yaponiyanın “Honda” və “Mazda” şirkətləri də ixracı dayandırmağa qərar veriblər.

Həmçinin oxuyun

Azərbaycana bu ölkələrdən gələnlərin sayı artıb – Siyahı

Bu ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 148 ölkəsindən 232,5 min və ya əvvəlki ilin müvafiq …