Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / İqtisadiyyat / Toy bazarında son durum: Böhran dərinləşir – Video

Toy bazarında son durum: Böhran dərinləşir – Video

Karantin rejimində toy mərasimlərinin təşkilinə qoyulan qadağa həm toy etmək istəyənləri, həm də restoran sahiblərini çıxılmaz vəziyyətdə qoyub. Üstəlik, ölkənin toy sənayesi indiyə qədər görülməmiş ziyanla üzləşib.

Toylarla bağlı tətbiq olunmuş qadağanın aradan qaldırılmasını səbirsizliklə gözləyən restoran sahibləri şadlıq saraylarına qoyulacaq yeni tələblərdən narahatdırlar. Ən çox müzakirə olunan məsələ saraylarda masa və stulların sayının azaldılması yolu ilə zalda insanların seyrəkliyini təmin etməkdir.

Restoran işlədən sahibkarlar deyirlər ki, masa və stulların sayını azaltmaq mümkün olsa da, bu, restoran sahibləri üçün sərfəli deyil. Xüsusilə də icarə ilə işləyən restoranlarda masa sayını azaltmaq ciddi ziyana səbəb ola bilər. Üstəlik, masa sayı azaldılacağı təqdirdə restoranlarda qiymətlər bahalaşa bilər.

Bununla belə bəzi restoran sahibləri müəyyən güzəştlərə getməyə və gigiyena qaydalarının sərtləşdirilməsinə hazırdırlar. Onlar deyirlər ki, zalları geniş olan saraylarda masalararası məsafəni uzatmaq mümkündür.

İndiki vəziyyətdə isə şadlıq saraylarında qarşıdakı ayların bütün günləri rezervasiya olunub. Hətta əvvəllər əsasən şənbə və bazar günlərində toy etməyə üstünlük verilirdisə, indi həftəiçi günlər də doludur.

Qeyd edək ki, mart ayından etibarən ölkə üzrə toy və yas mərasimlərinin keçirilməsi qadağan edilib. Bu qadağanın nə vaxta qədər qüvvədə olacağı isə hələ ki, bəlli deyil.

Həmçinin oxuyun

Karantin “Microsoft”un xalis mənfəətini 30% artırmasına yardım edib

“Microsoft” 30 sentyabr tarixində sona çatan 2021-ci maliyyə ilinin ilk rübünün yekunlarını açıqlayıb. Bu üç …