Cümə axşamı , İyun 20 2019
Ana səhifə / İqtisadiyyat / Tovuzda 150 kq ət, 5 litr süd verən cins qoyunlar saxlanılır (VİDEO)

Tovuzda 150 kq ət, 5 litr süd verən cins qoyunlar saxlanılır (VİDEO)

Tovuzlu fermer şəxsi təsərrüfatında Avstriya cinsi olan qoyunlar saxlayır. Qoyunlar 150 kq-a qədər ət, 5 litr süd verə bilir. ”Qaradolaq” cinsi olan qoyunlarin qiyməti isə 250-400 manat arasında dəyişir.
Avstriya cinsi qoyunlar Tovuzda Fərhad Məmmədovun təsərrüfatında saxlanılır. Uzun illərdir cins heyvan saxlayan fermer bunların yerli cins qoyunlardan daha tez artdığını və çəkisinin də çox gəldiyini bildirir.
“Qaradolaq” cinsi kimi tanınan bu qoyunların qiyməti 250-400 manat arasında dəyişir. Əsasən bu qoyunlar qapalı şəraitdə saxlanılır, çünki yerli cinslərdən fərlqi olaraq bu qoyunlar yol qət eləməyi sevmirlər.
Üstəlik, bu qoyunların əti şirin, südü isə daha yağlıdır. Hazırda Fərhad Məmmədovun təsərrüfatında 100 başa yaxın heyvan var. Qonşu rayonlardan da fermerlər bu heyvanları alaraq damazlıq kimi saxlayırlar.

Həmçinin oxuyun

İkirəqəmli inflyasiyaya qayıdış qaçılmazdır – EKSPERT

Ərzaq qiymətlərinin artımı, ikirəqəmli inflyasiyaya qayıdış qaçılmazdır. Manatın devalvasiyası risklərin necə idarəolunmasından asılı olacaq. Bu …