Ana səhifə / İqtisadiyyat / “Torpaq islahatlarında yol verilən nöqsanlar ciddi problemlərə səbəb olub” – Ekspert

“Torpaq islahatlarında yol verilən nöqsanlar ciddi problemlərə səbəb olub” – Ekspert

“Sosial-iqtisadi inkişafda regionlarda qeyri-bərabərlik problemi bütün sahələrdə var. Regionlardan söhbət gedirsə orada qeyri-bərabərliyin başlanmasının səbəbləri var. Vaxtilə torpaq islahatlarında yol verilən nöqsanlar və düzgün yanaşmanının olmaması, hazırda su ehtiyyatlarının düzgün paylaşdırılmaması, böyük təsərrüfatların öz imkanlarından və yaxud da hansısa təsir güclərindən istifadə edərək bu ehtiyyatları maksimum istifadə etməsi və ailə, ev təsərrüfatlarına suyun çatmaması, xüsusi ilə də isti aylarda məhsuldarlığa təsir göstərir”. 

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov bildirib. 

Ekspert deyib ki, torpaqlarımızın işğaldan azad olunmasından 4 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ həmin ərazilərdə torpaq bölgüsü ilə bağlı aydın yol xəritəsi yoxdur:

“Torpaqların düzgün paylanılmaması və düzgün planlamanın aparılmaması nəricəsində texnikanın, avadanlıqların əskin və təsərrüfat sahələrində istifadə və yola çıxış imkanlarının məhdudluğu və s. yəni kifayyət qədər bu istiqamətdə problemlər var. Sonrakı məhələdə artıq biz örüş sahələrini görürük. Örüş yerlərinin məsuliyyətsiz şəkildə hansısa formada özəlləşdirilməsinə şəraitin yaradılması və yaxud hansısa mqsədlər üçün istifadəsi uzun müddətli icarəyə verilməsindən qaynaqlanan və heyvandarlığa dəymiş zərər və s. bunlar regionlarda ciddi şəkildə orta hesabla hər yüz nəfərdən 50-si və ondan daha çoxu, bəzi regionlarda hətta 70 nəfərin məşğulluğu kənd təsərrüfatı fəaliyyəti sahələrinə düşür. Bu kimi faktorlar faktiki olaraq gəlirlərin qeyri-bərabər şəkildə paylaşdırılması və bu istiqamətdə kəskin təbəqələşmənin əsaslarını yaradır”. 

İşğaldan azad olunan ərazilərə gəlincə, Rəşad Həsənov bildirib ki, hökumətdə bu ərazilərin torpaq resurslarının paylanılması ilə bağlı aydın baxış yoxdur:

“Qəbul olunur ki, əvvəlki torpaq islahatlarında nöqsanlara yol verilib. Bunun nəticəsində torpaqlardan səmərəli istifadə mümkün deyil. Kənd təsərrüfatı sahəsi ən aşağı mənfəət norması olan sahələrdən biridir, cəlbedici deyil. Burada insanlar dolanışığını təmin edə bilmir. Digər tərəfdən də yeni hansı format üzərində qərarlaşdırılacağı hələ aydın deyil. Xatırlayırsınızsa ilk dövrlərdə, yəni 2021-ci ilin əvvəllərində belə bir məsələ gündəmə gəlmişdi ki, pay yanaşması olacaq. Toraqlar ümumi mülkiyyət hüququları tanınmaqla daha böyük paylarla vətəndaşlara paylanılacaq. Vətəndaşın konkret olaraq ərazisi olmayacaq. Vətəndaş sadəcə həmin o torpaqda payçı olacaq. Onu satmaq və istifadə etmək hüququ olacaq. Lakin həmin hissə birgə istifadə ediləcək. Burada məqsəd ondan ibarətdir ki, həm resurslar səfərbər olunsun, həm də eyni zamanda suya, yola çıxış imkanları təmin olunsun. Texnikadan istifadə dah səmərəli olsun və s. Amma sonradan bu məsələ görünür hansısa tərəflərin marağına uyğun gəlmədi və yaxud da hansısa səbəblərdən dündəmdən düşdü”.

Ekspert əlavə edib ki, işğaldan azad olunmuş ərazilərin torpaq resurslarının özələdiriməsi və bölüşdürüməsi ilə bağlı aydın yol xəritəsi yoxdur:

“Bu da nə qədər vaxt alar hələ bilinmir. Hələki proqnoz vermək çətidir”.

Rəşad Həsənov həmin ərazilərə xarici investorların cəlb edilməsi yollarını da izah edib:

“Xarici investorlar üçün əsas məsələ sülh müqaviləsinin bağlanmasıdır. Sülh müqaviləsi bağlanmaya qədər xarici invesorların həmin ərazilərdə uzun müddətli fəaliyyəti, investisiyaların yatırılması ehtimalı azdır”. 

Həmçinin oxuyun

İran, Azərbaycan və Rusiyanın elektrik şəbəkələri birləşdiriləcək? – Açıqlama

İran, Azərbaycan və Rusiyanın elektrik şəbəkələrinin birləşdirilməsi istiqamətində proyekt üzərində işlər yekunlaşmaq üzrədir və tezliklə …