Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / İqtisadiyyat / Tillerson: “Şimali Koreya təhdidinin artmasına görə Çin və Rusiya məsuliyyət daşıyır”

Tillerson: “Şimali Koreya təhdidinin artmasına görə Çin və Rusiya məsuliyyət daşıyır”

ABŞ dövlət katibi Reks Tillerson Şimali Koreyanın artan təhdidlərinə görə məsuliyyəti Çin və Rusiyanın boynuna qoyub.

APA-nın xəbərinə görə, bu barədə Dövlət Departamentinin Şimali Koreyanın yeni raket sınağı ilə əlaqədar yaydığı rəsmi bəyanatda deyilir.

“Şimali Koreyanın nüvə proqramının və ballistik raket proqramlarının əsas iqtisadi dəstəkçiləri olaraq Çin və Rusiya regional və qlobal təhlükəsizliyə qarşı artan təhdidlərə görə müstəsna və xüsusi məsuliyyət daşıyır”, – deyə açıqlamada bildirilir.

R. Tillerson bütün ölkələri Pxenyana qarşı BMT sanksiyalarının gücləndirilməsini dəstəkləməyə çağırıb. O bildirib ki, Vaşinqton Koreya yarımadasının dinc yolla nüvəsizləşdirilməsinə tərəfdardır və heç vaxt Şimali Koreyanın nüvə silahı əldə etməsi ilə razılaşmayacaq.

Xatırladaq ki, iyulun 29-na keçən gecə Şimali Koreya Yapon dənizindəki Hokkaydo adası istiqamətinə ballistik raket atıb. Pxenyan ilk dəfə gecə vaxtı raket sınağı keçirib.

Həmçinin oxuyun

Bakıdakı “Təzə bazar” dekabrın 1-dək köçürüləcək

Bakı şəhəri, Nəsimi rayonundakı məşhur “Təzə bazar” dekabrın 1-dək tam köçürüləcək. Bunu APA-ya açıqlamasında Nəsimi rayon …

Bir cavab yazın