Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Tikinti materialları bazarında durğunluq yaşanır (VİDEO)

Tikinti materialları bazarında durğunluq yaşanır (VİDEO)

Havaların soyuması tikinti bazarında durğunluğa səbəb olub. Bu isə qiymətlərə təsir edib. Odur ki, bəzi tikinti materiallarında ucuzlaşma müşahidə olunur.
Havaların soyuması tikinti materialları alıcılarının sayına mənfi təsir göstərib. Bu isə qiymətlərə öz təsirini göstərib.
Bazarda ən çox ucuzlaşan tikinti materiallarından biri taxtadır. Yay ayları ilə müqayisədə orta hesabla 1 kub taxtanın qiyməti 50 manat ucuzlaşıb.
Armaturun qiymətində də az da olsa enmə müşahidə edilir.
Dam örtüklərinin qiymətləri isə demək olar ki, dəyişməyib. Örtüklərin qiymətləri istehsal olunduğu ölkəyə görə dəyişir.
Bazarlarda soyuq aylarda digər tikinti materialları ilə müqayisədə ən çox satılan kafel-metlaxlardır. Kafel-metlax satışı ilə məşğul olan İsrafil Kərimovun sözlərinə görə, bazarda yerli istehsalla yanaşı, xaricdən gətirilən kafel-metlaxlar da var. Ən bahalıları isə ispan və türk malları hesab olunur.
Satıcılar deyirlər ki, bazarda durğunluq davam edərsə, bəzi tikinti materiallarının qiymətlərində enmə də davam edəcək.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …