Ana səhifə / İqtisadiyyat / Tiflisdə “Qazprom”a qarşı etirazlar başlayır

Tiflisdə “Qazprom”a qarşı etirazlar başlayır

Rusiyalı oliqarx Bidzina İvanişvilinin bizim ailələrin hesabına varlanmasına imkan vermək olmaz

 

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının liderlərindən biri olan Serqo Ratiani söyləyib. Onun sözlərinə görə, Vahid Milli Hərəkat Partiyası martın 6-da “Qazprom”la qaz müqaviləsinin imzalanmasına etiraz olaraq Rusiya səfirliyi qarşısında mitinq keçirməyi planlaşdırır:

 

“Son aylar ərzində Gürcüstan hakimiyyəti, xüsusilə, Kaxa Kaladze birbaşa “Qazprom” maraqlarının lobbiçiliyi ilə məşğul olur. Bu, Gürcüstanın siyasi və iqtisadi maraqlarına zərər vurur. Biz gərək hökumətə göstərək ki, buna imkan verməyəcəyik”.

 

Qeyd edək ki, Gürcüstan “Qazprom”dan qaz almağı planlaşdırır. Artıq bununla bağlı tərəflər arasında danışıqlara start verilib. Tiflislə “Qazprom” arasında 5 görüş baş tutub.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın