Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Tereza Mey: “Cəbəllütariq heç vaxt İspaniyanın bir hissəsi olmayacaq”

Tereza Mey: “Cəbəllütariq heç vaxt İspaniyanın bir hissəsi olmayacaq”

Böyük Britaniya baş nazir Tereza Meyin rəsmi nümayəndəsi Cəbəllütariqin əhalisinin iradəsinə zidd olaraq heç vaxt İspaniyanın bir hissəsi olmayacağını bəyan edib.

Bu bəyanat T. Meyin Cəbəllütariqin birinci naziri Fabian Pikardo ilə görüşündən sonra səsləndirilib.

T. Mey görüşdə Böyük Britaniyanın bir hissəsi olan Cəbəlütarixə, onun xalqına və iqtisadiyyatına dəstəyini davam etdirəcəyini vurğulayıb. T. Mey həmçinin Böyük Britaniyanın Avropa İttifaqından ayrılması (Brexit) ilə bağlı optimal razılaşmanın əldə olunması üçün Londonun mövqeyinin formalaşdırılması prosesinə Cəbəllütariqin də cəlb olunacağını vəd edib. (APA)

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın