Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Ter-Petrosyan qiyamçıları dəstəklədi

Ter-Petrosyan qiyamçıları dəstəklədi

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bu gün çıxış edərək, xarici qıcıqlar qarşısında mövcud daxili problemləri bir kənara qoyaraq, polis bölməsinin binasını zəbt etmiş silahlı qrupöun nümayəndələri ilə danışıqları davam etdirməyin zəruriliyini qeyd edib.

Virtualaz.org xəbər verir ki, Ter-Petrosyanın fikrincə, hazırkı vəziyyətdə hakimiyyətin, partiyaların, ictimai təşkilatların, analitiklərin və KİV-in istənilən addımını və ya hərəkətini məhz bu başlıca vəzifənin yerinə yetirilməsinə dəstək mövqeyindən nəzərdən keçirmək lazımdır.

Lakin eks-prezidentin sözlərinə görə, bəzi şəxslər öz sözlərinin və hərəkətlərinin əhəmiyyətini qiymətləndirə bilmirlər. Ter-petrosyan bildirib ki, bu cür yanaşma milli faciəyə gətirib çıxara bilər.

O, istənilən yolla qan tökülməsindən qaçmağa, məsələni, necə mürəkkəb olursa olsun, danışıqlar yolu ilə həll etməyə çağırıb.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın