Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Telman İsmayılovdan nigah şəhadətnaməsini istədilər…

Telman İsmayılovdan nigah şəhadətnaməsini istədilər…

Moskva Arbitraj məhkəməsi azərbaycanlı oliqarx Telman İsmayılovun müflis elan edilməsinə dair onun özü tərəfindən təqdim edilmiş iddiaya baxılmasını növbəti dəfə təxirə salıb.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, məhkəmə Telman İsmayılovdan yüz milyonlarla dollar borcun geri tələb edən “Bank Moskva”nın vəsadəti əsasında təxirə salınıb.

Bank məhkəmədən xahiş edib ki, T.İsmayılovdan onun doğrudan da ödəmə qabiliyyətinin olmadığını sübut edən sənədləri tələb etsin. Bundan başqa məhkəmə iddiaçıdan nigah haqqında şəhadətnaməni, əgər varsa nigah müqaviləsini, kreditorların siyahısını, habelə əmlakı barədə sənədləri növbəti məhkəmə iclasına qədər təqdim etməyi istəyib. Məhkəmə T.İsmayılovun iddiasına baxılmasını mayın 19-na təyin edib.

T.İsmayılovun müflis elan edilməsinə dair bundan əvvəl iki iddia qaldırılıb. Onlardan birinin müəllifi T.İsmayılovdan 18 milyon rubl borcunu geri istəyən fiziki şəxs Vladimir Zubkov, digəri “Bank Moskva”dır. T.İsmayılovun borcunun ümumi məbləği 1 milyard dollara yaxındır.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın