Ana səhifə / İqtisadiyyat / TeliaSonera-nın keçmiş prezidenti istintaqa cəlb olundu

TeliaSonera-nın keçmiş prezidenti istintaqa cəlb olundu

İsveçin Baş prokurorluğu bu ölkənintelekommunikasiya nəhəngi “TeliaSonera”nın keçmiş prezidenti Lars Nyuberqi istintaqa cəlb edib və ona qarşı rəsmi ittiham irəli sürüb.

Virtualaz.org “Azadlıq” radiosunun özbək xidmətinə istinadən xəbər verir ki, İsveçin İctimai televiziyasının “Missiya-araşdırmaq” layihəsində yer alan jurnalistlərinin bildirdiyinə görə, Lars Nyuberq rüşvətxorluğa vasitəçilik etməkdə şübhəli bilinir.

“TeliaSonera”nın keçmiş prezidenti İsveç İctimai televiziyasının apardığı araşdırma nəticəsində üzə çıxan irimiqyaslı korrupsiya faktlarına görə 2013-cü ildə istefa verməyə məcbur olub. Jurnalist araşdırması nəticəsində müəyyən olunub ki, “TeliaSonera” Özbəkistanda biznes qurmaq üçün prezident İslam Kərimovun qızı Gülnarə Kərimovaya 350 milyon dollar rüşvət ödəyib.

Telelayihənin veb-saytında xəbər verilir ki, Lars Nyuberq onlara göndərdiyi SMS-də İsveç prokurorluğunun ona qarşı rəsmi ittiham irəli sürdüyünü təsdiqləyib. İsveç prokurorluğunun korrupsiyaya qarşı mübarizə İdarəsinin rəisi Gunnar Stetler isə TT agentliyinə bildirib ki, Lars Nyuberq Özbəkistan prezidentinin qızına yüz milyonlarla dollar rüşvət verilməsi işi üzrə dindirilib. Nyuberqin günahı məhkəmədə sübut edilsə onu bir neçə il həbs gözləyir. 63 yaşlı Nyuberq 2007-2013-cü illərdə “TeliaSonera” şirkətinə rəhbərlik edib.

Jurnalist araşdırmaları nəticəsində üzə çıxıb ki, “TeliaSonera” şirkəti ilə yanaşı VimpelCom və MTC şirkətləri də Gülnarə Kərimovaya 1 milyard dollar rüşvət veriblər. “TeliaSonera” şirkətinin Özbəkistan prezidentinin qızına rüşvət verməsi işi üzrə bu şirkətin dörd yüksək vəzifəli əməkdaşı istintaqa cəlb edilib. Hazırda bu cinayət işi üzrə Avropanın bir neçə ölkəsində, o cümlədən ABŞ-da istintaq gedir.

ABŞ Ədliyyə Nazirliyinin sorğusu əsasında Gülnarə Kərimovanın Avropadakı bank hesablarına və mülklərinə həbs qoyulub. “TeliaSonera” şirkəti üzləşdiyi korrupsiya qalmaqallarına görə bu yaxınlarda elan edib ki, Avrasiya regionu ölkələrini, o cümlədən Azərbaycanı və Özbəkistanı tərk edir. “TeliaSonera” şirkəti “Fintur Holding” offşor şirkəti üzərindən Azərbaycanın ən iri mobil rabitə operatoru olan “Azərcell”in səhmlərinin yarısına nəzarət edir. Hazırda bu səhmlərin satışına dair danışıqlar aparılır.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın