Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Tehranda Səudiyyə Ərəbistanının səfirliyi darmadağın edildi – FOTO

Tehranda Səudiyyə Ərəbistanının səfirliyi darmadağın edildi – FOTO

Tehranda şiə din xadimi Nimr ən-Nimrin Ər Riyadda edam olunmasına etiraz edən iranlılar Səudiyyə Ərəbistanının səfirliyinin binasına hücum edərək, bir neçə otağı darmadağın ediblər. 
Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, ərəb mətbuatında həmin səhnələrin əks olunduğu  fotolar yer alıb.
Məlumata əsasən, İran polisi etirazçıları Tehrandakı Səudiyyə Ərəbistanının səfirliyin ərazisindən çıxarmağa müvəffəq olub. Lakin bir çox etirazçı hələ də binanın qarşısında etiraz aksiyasını davam etdirir.
“Əl Ərəbiyə” telekanalı xəbər verir ki, binaya daxil olan etirazçılar səfirliyin otaqlarını yandırmağa çalışıblar, lakin polis bu cəhdlərin qarşısını alaraq, onları binadan kənarlaşdırıb.
Məlumata görə, etirazçılar Əl Saud kral sülaləsinin siyasətini pisləyən şüarlar səsləndiriblər.
Şeyx Nimr ən-Nimr Səudiyyə Ərəbistanı rəhbərliyi tərəfindən 2012-ci ildə ölkənin şərqində baş verən etiraz aksiyası zamanı saxlanılıb. 2014-cü ildə o, nifrətə çağırış, krala itaət etməmə və hüquq-mühafizə orqanları əməkdaşlarına hücum məqsədilə terrorçu meyllər yaratmaq maddələri ilə ittiham olunaraq barəsində ölüm hökmü çıxarılıb.
Ötən gün Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi vaiz Nimr ən-Nimr və “Əl-Qaidə”nin Səudiyyə Ərəbistanındakı qolunun liderlərindən olan Faris əs-Zəhrani də daxil olmaqla terrorçuluqda təqsirli bildiyi 47 nəfərin edam olunduğunu açıqlayıb.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın