Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / İqtisadiyyat / Tbilisidə erməniləri dağıtdığı tarixi abidələr barədə danışıldı – FOTOLAR

Tbilisidə erməniləri dağıtdığı tarixi abidələr barədə danışıldı – FOTOLAR

Torpaqlarımızın 20 faizini işğal edən Ermənistan on illər boyu tarixi abidələrimizi dağıdaraq, maddi və mədəniyyət nümunələrimizi mənimsəyir.

Ermənistan “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobud surətdə pozaraq, mütəmadi şəkildə Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur.
Məhz bu problemi dünya ictimayyətinin diqqətinə çatdırmaq üçün “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın İşğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinin xarici ölkələrdə təbliği” layihəsi çərçivəsində, Gürcustan Azərbaycan Milli Konqresıinin rəhbəri  Əli Babayevin təşəbbüsü ilə 16-17 iyun tarixlərində Tbilisidə tədbir keçirib. Tədbir Qafqaz Beynəlxalq Universitetinin konfrans zalında baş tutub. Proqram çərçivəsində Azərbaycan və Gürcüstanın işğal altında olan ərazilərindəki tarixi abidələr barədə ətraflı məlumat verilib, müzakirələr aparılıb.  Tədbirin sonunda əməkdaşlıq edən təşkilatlar işğal altında olan abidələrlə bağlı UNESKO-ya ünvanlanmış bəyanat qəbul ediblər.
Konfransada Azərbaycan Respublikası Nazirlər Kabineti yanında itkin və tələfatların qiymətləndirilməsi üzrə işçi qrupunun üzvü, milli dəyərlərin təbliği üzrə araşdırmaçı-ekspert, ,professor Faiq İsmayilov, Gürcustan Azərbaycan Milli Konqresıinin rəhbəri  Əli Babayev “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Nəsirova və İnnovativ İdeyalar İnsitutunun direktoru, tarixçi-ekspert Ramil Süleymanov mövzu haqında qonaqlara ətraflı məlumat veriblər. Konfransda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə hazırlanmış, işğal altında olan tarixi abidələrimiz və erməni vandalizmi haqında video-çarx nümayiş olunub.  Gürcüstan tarixiçisi Ketevan Şoşiyaşvili bu ölkənin işğal altında olan tarixi abidələrilə bağlı dolğun məlumat verib.
Konfransda Gürcüstanın dövlət qurumlarının nümayəndələri, QHT əməkdaşları, ekspert və tarixçilər, səfirliyin nümayəndələri iştirak ediblər.
 
 

Həmçinin oxuyun

Deputatdan “Türkiyəyə yatırım edək” çağırışı

Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün apardığı Vətən müharibəsində ən böyük dəstəyi qardaş Türkiyədən …

Bir cavab yazın